Cavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLAR
Seçkilərə hazırlıq özünün ən intensiv mərhələsinə qədəm qoyur. "AzerTaym.az" bildirir ki, Şəkinin Baş Zəyzid və Orta Zəyzid kəndlərində də əhali seçki öncəsi təşviqata böyük maraqla yanaşırlar. Deputatlığa namizəd Cavanşir Feyziyevin Zəyzid seçiciləri ilə görüşləri bir daha göstərdi ki, vətəndaşlar bu ilki parlament seçkilərinə çox fəal qoşulublar. Hər iki kənddə yüzlərlə insanın qatıldığı görüşlər böyük ruh yüksəkliyi şəraitində keçdi. Namizədin vəkilləri, əməkdar jurnalist Akif Salam, jurnalist Ələddin Əsədzadə və başqaları Cavanşir Feyziyevin keçən 9 il ərzində Milli Məclisin üzvü kimi fəaliyyətini şərh edərək, onun həm seçki dairəsi ərazisində, həm də beynəlxalq parlamentlərarası əlaqələr sahəsində fəal iş apardığını seçicilərin diqqətinə çatdırdılar. Toplantıda çıxış edən kənd sakinləri də ötən 9 il ərzində deputat Cavanşir Feyziyevlə müntəzəm ünsiyyətdə olduqlarını, onun fəaliyyətindən razı qaldıqlarını və növbəti seçkilərdə də Cavanşir Feyziyevidəstəkləyəcəklərini qeyd etdilər. Hər bir kənddə 3 saatdan artıq davam edən görüşlərdə onlarla kənd ziyalıları çıxış edərək, Cavanşir Feyziyevə 6-cı çağırış Milli Məclis seçkilərində uğurlar arzuladılar.Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilər qarşısında çıxış edərək, ölkədə aparılan genişmiqyaslı islahatlardan – mühüm kadr islahatlarından, icbari tibbi sığortanın tətbiqinə başlanılmasından, aqrar sahədə kənd əhalisinə göstərilən dövlət dəstəyindən danışaraq dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında geniş məlumat verdi. Sonda Cavanşir Feyziyev Zəyzid seçicilərinin etimadını doğruldacağına və onları ölkənin ali qanunvericilik orqanında layiqincə təmsil edəcəyinə söz verdi.