Baş epidemioloq jurnalistləri məsuliyyətli olmağa ÇAĞIRDI
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev jurnalistləri və sosial şəbəkə fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında danışarkən ehtiyatlı və məsuliyyətli olmağa, şayiələrin yayılmasına yol verməməyə çağırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, professor bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda keçirilən maarifləndirici seminarda deyib.İ.Ağayev Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən də söz açıb: "Karantin xəstəlikləri ilə mübarizədə Azərbaycan istənilən maliyyə və texniki imkanlara, yüksək hazırlıqlı kadr potensialına malikdir. Ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi bu mənada xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib".