Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olundu — ÖZƏL

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlunun yeni işi yeri məlum olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri təyin olunub. 

O, aprelin 27-dən etibarən “Azərişıq” ASC-də yeni vəzifəsinin icrasına başlayacaq. 

Qeyd edək ki, indiyədək “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev olub. 

Vaqif Aydınoğlu isə feysbuk hesabında paylaşım edərək telekanaldan öz ərizəsi ilə ayrıldığını bildirib:

"18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".






Fikirlər