Vaqif Aydınoğlu ATV-dən GETDİ
ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb. “AzerTaym.az” BakuPost-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib. Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq. Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini kanaldan təsdiqləyiblər. *** Vaqif Aydınoğlu feysbuk hesabında paylaşım edərək telekanaldan öz ərizəsi ilə ayrıldığını bildirib: "18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".