ƏLI KƏRİMLİnin Əli Kərimlinin köməkçisi son ay yarımda ikinci dəfə HƏBS olunub

Əli Kərimli Faiq Əmirli Məhkəmə Sifarişli Hökm PAYLAŞIN

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli son ay yarımda ikinci dəfə həbs olunub. Mayın 25-də Sabirabad rayon Məhkəməsində onun haqqında 15 günlük həbs qərarı çıxarılıb.

Bizimyol.info xəbər verir ki, F.Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib.

 

  Faiq buraxıldı – Novator.az

 

F.Əmirli Sabirabad rayonundandır. Həyat yoldaşı Lalə Əmirlinin bildirdiyinə görə, o, Ramazan bayramı ilə əlaqədar valideynlərinin məzarını ziyarət etmək üçün rayona getmişdi. Elə orada da həbs edilib.

F.Əmirli aprelin 8-də Bakıda karantin rejimini pozmaq ittihamıyla həbs olunmuş, Səbail rayon Məhkəməsinin qərarıyla ona 30 sutkalıq cəza kəsilmişdi. Amma özü ittihamı qəbul etmir, bildirirdi ki, onu evinin yanında zibil atmaqdan qayıdarkən əvvəldən gözləyən mülki geyimli polislər zorlaavtomobilə əyləşdirib, polis bölməsinə aparıblar. O zaman F.Əmirli məhkəmə qarşısına da saxlanılarkən əynində olan ev geyimi ilə çıxarılmışdı.

F.Əmirli “Azadlıq” qəzetinin yayım direktoru idi. O, birinci dəfə 2016-cı ilin avqustunda həbs edilmiş, Fətullah Gülən tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim olunmuşdu. F.Əmirli isə bu ittihamı rədd edir, ümumiyyətlə, ümumiyyətlə, bu hərəkat barədə məlumatı olmadığını bildirirdi.

 

Daha sonra üzərindən bu ittiham götürüldü. F.Əmirliyə qarşı “Azadlıq” qəzeti ilə bağlı əlavə ittihamlar verilərək, 3 il 3 ay həbs cəzası kəsilmişdi. O, 1 il 1 ay həbsdə saxlandıqdan sonra 2017-ci ilin sentyabrında şərti cəza ilə azadlığa buraxılmışdı.

 

 






Fikirlər