Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı — RƏSMİ AÇIQLAMA
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, pandemiya səbəbindən “hamının hamıya” prinsipinin tətbiq edilməsinə çalışılır: “Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq”.
“Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir”.