“Qarabağın yenidən qurulmasında Türkiyə əhəmiyyətli rol oynayacaq”
“Azərbaycana səfərimiz zamanı ikitərəfli münasibətlərimizi də müzakirə etdik və 5 müqavilə imzaladıq”. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan səfəri sonrası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O, səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında nəqliyyat, orta və kiçik biznesin inkişafı, mətbuat sahəsində stratejik əməkdaşlıq və digər sahələrdə əməkaşlıq üzrə protokolların imzalandığını bildirib. “Bu razılaşmalar xaricində qarşılıqlı sərmayələrin artırılması məqsədilə ticarət və turizm sahələrində əməkdaşlığımızı da gücləndirəcəyik. Qarabağın yenidən qurulmasında Türkiyə olaraq əhəmiyyətli bir rol oynayacağıq. İnşallah, bir il ərzində Qarabağ bölgəsini yenidən formalaşdıracaq addımların atılması barədə əziz qardaşım İlham Əliyevlə bir qərara gəldik”,- deyə Ərdoğan qeyd edib.