ŞOK: ELDAR MAHMUDOV HƏBS OLUNUB? – “Keçmiş nazirə qarşı iki ittiham irəli sürülüb”
Bu gün gözlənilmədən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Milli Təhlükəsizlik naziri Eldar Mahmudov saxlanılıb. Bu şokedici məlumatı Haqqın.az saytı yayıb. Məlumata görə E.Mahmudov vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun vəzifəsindən azad olunmasından sonra MTN-in telefon dinləmələrilə məşğul olan bir neçə əməkdaşı da həbs olunub. Ehtimal olunur ki, onlar nazirin göstərişi ilə ölkə rəhbərliyinə daxil olan şəxslərin telefon danışıqlarını dinləyiblər. Keçmiş nazirə qarşı daha bir ittihamın irəli sürüldüyü bildirilir, lakin onun nədən ibarət məlum deyil.