“O, indi əjdahanın ağzındadır, çox çəkməz qarnına gedəcək” – Rəsul Quliyevdən maraqlı AÇIQLAMA
“Azərbaycanın prezidenti ölkə üzrə igtisadi zonalar yaradıb. İqtisadi zonaların inkişafında bu reorqanizasiya müsbət rol oynamalıdır”. “AzerTaym.az” yenisabah.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan parlameentinin eks – spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, hər bir iqtisadi zonanın potensialı ona daxili investisiya qoymağa və məsələlərin azı yarısını mərkəzi aparatsız müstəqil həll etməyə imkan verir. “Bu zonaların birinə təbii Xankəndi də daxil edilib. Bildiyiniz kimi, Xankəndidə daim Azərbaycanı tərk etmək arzusunda olan zorla Ermənistandan gətirilmiş ermənilər yaşayır. Onlar əgər Xankəndidən qaçmaq niyyətlərini orada qalıb Azərbaycan vətəndaşı kimi yaşamaq niyyətləri ilə əvəz etsələr, gələcəkləri var. Erməni xalqı bir neçə dəfə xalq kimi yüz illərlə yoxa çıxıblar, ancaq hər dəfə daha kiçik formatda yenidən peyda olublar. Ərəb Xəlifəti dövründə ermənilər 500 il yoxa çıxdılar. Bir çoxları özlərini müsəlman elan etdi, bir çoxları özlərini iranlı adlandırdı. Ermənilərə yenidən həyat verən Ərəb xilafətinin yerinə gəlmiş Osmanlı imperiyası oldu. Başqa millətlər və xalqlara tolerant olan türklər, yunanlara xüsusi hörmətlə yanaşırdı.Yunanlar dinin hesabına yenidən dirçəlməyə başladılar. Yunan xristanlığının bir qolu olan erməni xristianlığı da türklərin şərait yaratması hesabına inkişaf etdirməyə başladı. Faktiki Erməni dilində səlist danışan, yazı pozudan başı çıxan ernəni olmayan bir yerdə sürətlə kilsələr yaradıldı və erməni dilini və yazısını öyrətməyə başladılar. Yüz il keçəndən sonra ermənilər artıq böyük Ermənistan ideyalarında boğulmağa başladı. İkinci dəfə bu millətə türklərə və azərbaycanlılara qarşı istifadə etmək üçün Rus imperiyası qolunu çırmayıb özünü ortaya atdı. Bu gün ermənilərin nə vaxtsa kağızda olmuş böyük Ermənistanından 26 min kvadrat kilometrlik bir ərazi qalıb, bu ərazini də ona Türkiyə və Azərbaycan verib. İndi erməni millətçiləri dünyada 10 milyondan çox erməni yaşadığını iddia edir. Ancaq dünya demoqrafiya insititutları bu rəqəmin maksimum 8 milyona yaxın olduğunu qeyd edir. Və dünyada ancaq 3 milyon adam erməni dilində danışır. Ermənilər öz dillərində danışan və onların ilbəil statiskasının analizi nəticəsində bu xalqın statusu ölən xalq stasudur. Dünyada ən azı 50 milyon insan Azərbaycan dilində danışır və danışanların sayı ildə ən azı 1 milyon artır. Əgər türk dilinin də Azərbaycan dili olduğunu nəzərə alsaq, 200 milyon adam bu dildə danışır. Ermənilər bir xalq kimi ölümünün (fiziki ölümdən söhbət getmir, dili itirmək, yaşadığı ölkəni tərk edib başqa ölkələrə köcmək) qarşısını qismən almaq istəyirsə, Azərbaycan və Türkiyə ilə dostluq əlaqələri yaratmalıdır. Rusiyanın imperiya siyasətinin növbəti qurbanın Ermənistan olduğunu görməmək mümkün deyil. Rusiya 1991-ci ildən sonra xüsusilə Putin dövründə Çeçenistan, Dağıstan, Moldova, Cənubi Osetiya, Abxaziya Krım, Ukraynanın şərqi rayonlarını işğal etməklə özünü dünya sivil münasibətlərindən uzaqlaşdırdı. Bu biabırçılığı “Rus xalqı xüsusi xalqdır” deməklə izah etdi. Rus xalqı neqativ keyfiyyətlərinin sayına görə həqiqətən xüsusisidir. Bu xalqın ən azı yarısının kimin və neçə ildir prezident olmasından xəbəri yoxdur. Bu xalq adam öldürən prezidentləri sevir, xalqın naminə çalışanları yox. İndi RF Ermənistanda hərbi bazasını yerləşdirib. Öz aləmində Ermənistan ordusunu yeni texnika ilə yenidən silahlandırır. Ermənistanın bütün sərhəd boyu qorunmasını rus qoşunları həyata keçirir. Bir sözlə Rusiyanın növbəti işğal etdiyi ölkə Ermənistandır. Baş Nazir Paşinyan Ermənistanı mühasirəyə almış bu timsahdan necə yaxasını qurtara bilər, anlamır. Putin yekə bir əjdaha kimi Paşinyanı balaca qurbağa kimi ağzında ora bura fırlayır hərdən bir az da içəri çəkir. Paşinyan çabalıyır, tez-tez Moskvaya gedib əjdahanın ağzından çıxmaq üçün yeni “təslim oluram” təkliflərini verir, ancaq xeyri olmur. Azərbaycan prezidenti qətiyyətini göstərdi. Dağlıq Qarabağ heç vaxt olmayacaq və verdiyi sözə əməl etdi. Xankəndidə bir dənə balaca Harutyunyan var. Bu da bala əjdaha generalın qurbağasıdır. Əgər Paşinyan Türkiyəyə sökənməsə, onun əjdahanın ağzında qalması çox çəkməz, qarnına gedəcək. Bu elementar həqiqəti bilməmək əbləhlikdir”.