“QRU” polkovniki Zəngəzur dəhlizinin Ermənistan üçün “təhlükəsi”ndən danışdı...

“QRU” polkovniki Zəngəzur dəhlizinin Ermənistan üçün “təhlükəsi”ndən danışdı...

Xalqımız, dövlətimiz, ordumuzun qəhrəman oğulları bunun da, Azərbaycandakı “QRU” agentlərinin də təxribatlarını puç edəcək...
 
"Əgər bütün bunlardan sonra Ərdoğan Ermənistana sərhədlərin açılması və münasibətlərin qurulması şərtlərini diktə edəcəksə, bu, necə müstəqillikdir?  Ərazisi və əhalisi baxımından 3 dəfə kiçik olan Kipr belə, türklərin ona şərt qoymasına icazə vermir”. 
 
Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, bu təxribatçı fikirləri Ukrayna ərazisindəki qondarma separatçı “Donbas Xalq Respublikası”nın keçmiş “müdafiə naziri”, artıq  mediada “hərbi ekspert” kimi təqdim və təbliğ olunan Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovniki İqor Strelkov bəyan edib.
 
“Ermənistan nəinki ona diktə edilməsinə icazə verir, həm də Ərdoğanın şərtlərini yerinə yetirməyi qəbul edir. Üstəlik, bu, "Zəngəzur dəhlizi" boyunca yalnız adi yüklər keçməyəcək, türklər hərbi daşımalar da həyata keçirəcəklər. Və bu, Ermənistanın varlığı üçün real təhlükəyə çevriləcək”- deyə  “QRU”-nun (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) agenti olduğu  və özü  Moskvanın diktəsi ilə  davrandığı bilinən  separatçı polkovnik bildirib.
 
Xatırladaq ki, təxminən bir il öncə Azərbaycan ordusunun 44 günlük müzəffər yürüşünün qızğı vaxtlarında  “hərbi ekspert” İ.Strelkov tamamilə əks mövqedən çıxış edirdi. Məsələn, deyirdi ki, Azərbaycanın Ermənistanda heç bir hərbi hədəfi yoxdur və əsas məqsədi işğaldakı torpaqları azad etməkdir. O, Azərbaycanın cəhbədəki uğurlarından həvəslə danışırdı. Bilirsiz, niyə? Çünki o vaxt  Kremlin maraqları, “QRU”nun planları belə diqtə edirdi. İndi artıq vəziyyət dəyişib; Azərbaycanın uğurlarında çox qabağa getməsinə imkan vermək olmaz...
 
P.S. Ölkəmzidəki  “QRU” agentləri də 1990-cı illərdən bəri Moskvanın maraqlarını, “QRU”-nun planlarını həvəslə icra edirlər. Qarabağ döyüşlərinin əsl qəhrəmanlarını şərləyib həbs etdirib işgəncə verdirir, özlərinə, valideynlərinə, satqın damğası vurdurmağa çalışırlar... Amma 44 günlük savaşımız göstərdi ki, onların bu xain cəhdlərini, təxribatlarını ordumuzun qəhrəman oğulları, xalqımız, dövlətimizin milli(!) dayaqları puç edəcək və sonda tam qələbə Azərbaycanın olacaq... 
 
Sultan Laçın






Fikirlər