Çavuşoğludan Bakı PAYLAŞIMI ...
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Çavuşoğlu "Twitter"dəki paylaşımında aşağıdakıları qeyd edib: “Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik. Türkiyə və Azərbaycan daim: Tək səs, tək ürək!”