Ərdoğana qarşı böyük ittifaq: İnce Kılıçdaroğlunu dəstəkləyə bilər...
Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce seçkilərlə bağlı əməkdaşlıq anonsu verib. "AzerTaym.az" yenisabah.az-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçmiş partiyası ilə müzakirələrə açıq olduğunu bildirib. "Mən Türkiyəni idarə etməyə namizəd olmuş adamam. İçindən çıxdığım partiya ilə nə üçün görüşməyim ki? Görüşə bilərəm", - deyə İnce söyləyib. Qeyd edək ki, martın 6-da keçirilən "Millət İttifaqı" toplantısında CHP sədri Kemal Kılıçdaroğlu vahid namizəd elan olunub.