ƏRDOĞAN İsrailə səfərini ləğv etdi ...

Ərdoğan İsrailə səfərini ləğv etdi 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib. 

Yenisabah.az TRT-yə istinadən xəbər verir ki, bunu onun özü açıqlayıb. 

"İsrailə getməklə bağlı planımız var idi. Ləğv etdik, getməyəcəyik", - o qeyd edib. 

Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib. 






Fikirlər