“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”

“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”

Bu səbəbdən o məhz Rusiya liderinin İranın hücumunun qarşısını ala biləcəyinə inanıb…”
 
Ads by 
3
Reklamınızı SmartBee ilə effektiv edin.

 

İranın İsrailə son kütləvi raket hücumu ərəfəsində Rusiya prezidenti Vladimir Putin ilə İsrail baş naziri  Benyamin Netanyahu arasında telefon danışıqları olacağı haqda məlumatlar yayıldı. Ancaq sonradan həmin danışıq nədənsə baş tutmadı. Bəs görəsən, Rusiya İranla İsrail arasındakı gərginliyin artmasında, yoxsa azalmasında maraqlıdır? Və əgər Yaxın Şərq ölkələrinin əksəriyyətində yetərincə dayaqları olan Rusiya prezidenti Vladimir Putin istəsə, bu iki ölkə arasında heç olmasa, müvəqqəti barışığa nail ola bilərmi? 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Əslində Netanyahu gecə ikən Putinlə telefonla danışmağa cəhd edib, ancaq Rusiyanın lideri onun zənglərinə cavab verməyib. Bu haqda “İzvestiya” qəzetinin oktyabrın 2-dəki səhər buraxılışında yazılıb. Netanyahunun zənginin səbəbi İranın hücumunun dayandırılması olub. “Bəs nə üçün İsrail baş naziri məhz Rusiya dövlət başçısına zəng edib?” sualına isə belə cavab vermək olar ki, İran bu raket hücumunu Rusiya ilə  razılaşdırmışdı və bu səbəbdən Netanyahu məhz Putinin İranın hücumunun qarşısını ala biləcəyinə inanıb…
 
Ancaq inanmırıq ki, Putin İranla İsrail arasında gərginliyin azalmasına qarşı getsin, çünki Suriya, Livan və başqa ölkələrdə Rusiya liderinin nüfuzu  böyükdür və o, istəməz ki, Yaxın Şərqdə müharibənin miqyası genişlənsin. “HƏMAS” və “Hizbullah” liderlərinin məhvi ilə bağlı İsrailin tutduğu mövqeyin düzgün olmadığını  məhz Putin bəyan etmişdi…”






Fikirlər