Bu məmurların milyonlarla borcu var ...

Bu məmurların milyonlarla borcu var

Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan qurumların dövlətə milyonlarla manat vergi borcu yaranıb.

"AzerTaym.az" Qaynarinfo-ya istinadən bildirir ki, qanuni təmsilçisi Qafarov Firdovsi Cümşüd oğlu olan AAYDA-nın "55 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419414.02 AZN vergi borcu var.
Rəisi Əkbərov Mübariz Hilal oğlu olan "23 №-li Yol İstismari" MMC-nin 105313.18 AZN, rəisi Süleymanov Anar Nəriman oğlu olan "3№-li Magistral Yollarin İstismari" MMC-nin 6000150.47 AZN, rəisi Səlimov Məzahir Yaqub oğlu olan "54№-li Yol İstismari" MMC-nin 443614.97 AZN vergi borcu yaranıb.






Fikirlər