Naxçıvan Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı - Açıqlama




Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Naxçıvan MR-də “donuz qripi”nin yayılması barədə son günlər mətbuatda gedən xəbərlərə münasibət bildirib.

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.

Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.

APA.az 






Fikirlər