Zaqatala Mərkəzi Xəstaxanasının baş həkimi uşağımı pula görə öldürdü — BİR ATANIN FƏRYADI

Zaqatala Mərkəzi Xəstaxanasının baş həkimi uşağımı pula görə öldürdü — BİR ATANIN FƏRYADIZaqatala rayonu sakini Naibov Vüqar Hüseynbala oğlu tərəfindən Ölkə.Az-ın redaksiyasına qan donduran müraciət daxil olub.

Müraciətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva haqqında ciddi ittihamlar səsləndirilməklə yanaşı rəhbərlik etdiyi xəstəxanada doğuş baş vermiş ölüm hadisələrinə də diqqət çəkilir.

Həmin şikayət mətnini təqdim edirik:

"Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsinin yarıtmazlığı, özbaşınalığı nəticəsində uşağım qəsdən məhv edildi. Belə ki, hamilə olan həyat yoldaşım Darçınova Mahru Darçın qızını doğuş üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirdikdə ilk dəqiqədən bizdən pul tələb etdilər, imkansız olduğumu bildirdikdə hamilə yoldaşımı xəstəxananın doğum şöbəsinə buraxmadılar.Buna görə hamilə yoldaşım çöldə soyuq havada gözlədi mən qaynanamla gedib borc pul tapıb gətirib həkimlərə verdik. Qan analizi adı ilə 25, ulturasəs müayinə adı ilə 15, qeydiyyat adı ilə 10 , tibbi ləvazimat adı ilə 20 və həkimlərin zəhmət haqqı üçün 70 manat pul aldılar. Sonra səriştəsiz həkimlər gəlib dedilər ki, uşaq tərs doğulacaq buna görə seçim edin ya ana ya da uşaq öləcək. Həkimlər uşağı qol gücü ilə dartıb boğuduqları üçün uşaq yarı ölü doğuldu.Uşağı oksigen balonu altına qoydular. Ancaq pulum qurtardığı üçün bir oksigen şüşəsinə iki yeni doğulmuş uşaq qoymuşdular. Hansı ki, bir oksigen şüşəsinə bir uşaq qoyulmalıdır. Uşağın vəziyəti tam pisləşdi deyə həkimlər bizə məsləhət bildilər ki, təcili aparın Şəki şəhər xəstəxanasına. Pulumuz olmadı deyə uşağı Zaqataladan Şəki Xəstəxanasına oksigen şüşəsiz apardıq. Orada həkimlər irad tutdular ki, belə uşağı nə üçün oksigen şüşəsiz gətirmisiniz, bu doğuş düzgün aparılmayıb, gecdir və bu uşaq yaşamayacaq. Elə də oldu. Uşaq Leyla həkimin yaratdığı korrupsiyaya qurşanmış həkimlərin tamahının və səriştəsizliyinin qurbanı oldu. Baş həkim Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləyərdin uşaq sağ qalardı. Bəli mənim uşağım korrupsioner həkimlərin qurbanı oldu, onlar bu minvalla çoxlusayda uşaqları öldürüblər.

Zaqatala RMX-da korrupsiya, özbaşınalıq baş alıb gedir ki, hamısını Leyla həkim yaradıb. Leyla həkim bütün şöbələrə aylıq haqq qoyub ki, bunu verməyən həkimlər cəzalandırılır. Xəstəxanada stasionar müalicə olunan xəstələrə yemək verilmir, pulsuz dərmanlar özəl apteklərdə pulla satılır. Hamilə qadınları qorxudub aldadırlar ki, keysəriyyə əməliyyatı olmasan ölə bilərsən. Nə var ki, keysəriyyə əməliyyatına görə xəstələrdən 800-1000 manat alınır.Bu minvalla təkcə 2015-cü ildə Zaqatala RMX-da 600 nəfər keysəriyyə əməliyatı ilə uşaq dünyaya gətirib. Bu yaxınlarda Zaqatala rayonu Katex kənd sakini 2 aylıq körpə İnci Yaqubova həkim səriştəsizliyinə görə cərrahiyə zamanı öldü. Tala kənd sakininin 03 fevral 2016-cı il tarixdə keysəriyyə əməliyatı zamanı uşağı öldü. Ötən il Makov kənd sakininə ağır xəstəlik diaqnozu qoyub 3 aylıq uşağını bətnində məhv etdilər. Həmin qadını Bakıda savadlı həkimlər müayinə edib bildiriblər ki, adi mədə soyqlamasıdır.Hazırda Zaqatala RMX-da kor bağırsağından səhv cərrahiyə əməliyatı edilən Çökək kənd sakini Ömərov Zaur Aydın oğlunun səhhəti çox pisdir ki, infeksiya salındığı üçün sağalmır. Zaqatala RMX-da qan analizi 25 manat, USM 15 manat, rengen müayinə 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 25 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır.Xəstəxananın qapısından axırıncı otağına qədər bütün işçilər bazar açıblar ki, bütün bunlar Leyla xanımın tapşırığının nəticəsidir. Xəstəxanada 3 labaratoriyanın eyni xəstə üçün verdiyi analiz fərqlidir. Leyla xanım isə ilin çox hissəsini xarici ölkələrdə keçirib şəkillər çəkdirib "Facebook" səhifəsində paylaşmaqla məşğuldur. Həmin şəkillərin bir neçəsini sizə göndərirəm.

Onun qanunsuz əməlləri barədə Səhiyyə Nazirliyinə edilən çoxlu sayda şikayətlərə baxılmaması onu deməyə əsas verir ki, bu həkimi orada himayə edirlər.Camaatın ümidi Allaha , Prezidentə və Mehriban xanıma qalıb. Çox-çox xahiş edirəm bu həkim barəsində ciddi tədbir görəsiniz".

Redaksiya: Şikayət məktubundakı iddiaların ciddiliyini nəzərə alıb xəstəxananın baş həkimi Leyla Seyidəliyevanın əlaqə iş və şəxsi telefonu ilə əlaqə saxlamağa çalışsaq da telefonumuza cavab verən olmadı.






Fikirlər