BƏRDƏDƏ HESABAT yığıncağı keçirildi - FOTOLAR

“Bərdədə hesabat yığıncağı keçirildi - Fotolar

Bərdədə hesabat yığıncağı keçirilib. AzerTaym.az-a daxil olan məlumata görə, yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 2015-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Məruzə ətrafında şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Rəna Mustafayeva, “Qarabağ” çörək zavodunun direktoru Füzuli İsmayılov, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev çıxış ediblər.

Bildirilib ki, ötən il rayonda 36 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarının tikintisi davam etdirilib, park-bulvarda giriş arkası, 6 fontan, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, asma körpü, avtomaşın dayanacağı tikilib.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib

Ötən il 303.1 milyon manatlıq ümumi məhsul, o cümlədən 12.2 milyon manat dəyərində sənaye, 139,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 

Hesabat yığıncağında millət vəkilləri Gövhər Baxşalıyeva, Zahid Oruc, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış ediblər. 

Bərdədə hesabat yığıncağı keçirildi - Fotolar
Bərdədə hesabat yığıncağı keçirildi - Fotolar
Bərdədə hesabat yığıncağı keçirildi - Fotolar






Fikirlər