ƏFLATUN Amaşova daha bir POST TƏKLİF olunur.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.

APA-nın xəbərinə görə, bu məsələ “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək.

Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.






Fikirlər