BİABIRÇILIQ... - Ölkəmizin ilk qadın solo nağara ifaçısına qəbir yeri tapılmadı

Ölkəmizin ilk qadın solo nağara ifaçısına qəbir yeri tapılmadı
Martın 20-də vəfat edən Bakı sakini Esmira Cəfərzadənin dəfni üçün torpaq ayrılmayıb.



E.Cəfərzadənin yaxınları deyir ki, onun öz ailəsi və övladı olmayıb. Qardaşının himayəsində yaşayıb. Ailənin bütün vəsaitləri E.Cəfərzadənin müalicəsinə sərf edildiyindən dəfn üçün yer ala bilməyiblər. Məcburiyyət qarşısında qalan qohumları E.Cəfərzadənin anasının qəbrini açaraq onu həmin məzarda dəfn ediblər.

Esmira Cəfərzadə 1953-cü ildə Bakının «Dağlı məhəlləsi» deyilən ərazisində doğulub . O, vaxtilə çox populyar olan «Lalə» Qızlar Ansamblının üzvü olub. Esmira Cəfərzadə Azərbaycanda qadınlar arasında ilk solo nağara ifaçısı hesab edilirdi.
 






Fikirlər