“Tağı müəllim özü hədiyyə etməyi SEVİR”
“Dünən axşamdan başlayaraq Tağı müəllimi təbrik edirlər. Mənsə həyat yoldaşı olaraq, bu gün səhər təbrik etdim. 69 yaşı tamam olur. Gələn il qismət olarsa, 70 illik yubileyi olacaq”. Bunu Modern.az-a açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova bildirib. Salatın Əhmədova, həyat yoldaşının doğum günü ilə bağlı istəklərindən də söz açıb.
“Hal-hazırda Tağı müəllimin doğum gününü qeyd etməyə hazırlaşırıq. Düzdü, Tağı müəllim doğum günlərini dəbdəbəli keçirməyi sevmir. Ona görə builki doğum gününü də evdə qeyd edəcəyik. Nədənsə Tağı Əhmədov doğum günlərində hədiyyə almağı da heç sevmir. Mənə də həmişə onun hədiyyə qəbul etməyi sevməməsi qəribə gəlir. Görünür, xarakterindən irəli gəlir. Amma özü hədiyyə etməyi sevir”.
Qeyd edək ki, Tağı Əhmədov 1949-cu ilin bu günü Naxçıvanda anadan olub. 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.