Qüdrət Həsənquliyev: “Jurnalistlərə ordudan YAZMAGA İMKAN verilməlidir”

“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz. Onlara nəinki digər sahələrdə, eyni zamanda ordudakı problemləri araşdırmaq imkanı verilsin”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. 
O bildirib ki, jurnalistlərə orduda baş verən problemlərin araşdırılmasına imkan verilməlidir:Hesab edirəm ki, ordudakı problemlərdən cəmiyyət xəbərdar olmayanda bu daha ciddi fəsadlara yol açır. Nəinki, onu gizlətməklə. Düzdür, mən ordu və dövlət sirrini istisna edirəm. Ona görə də jurnalistlərə şərait yaradılmalıdır ki, onlar əsgər və zabitlərlə təmas qura bilsin, oradakı problemlərdən yazsınlar”. 
Q.Həsənquliyev eyni zamanda, Milli Məclisdə müzakirələr zamanı deputatların verdiyi təkliflərin nəzərə alınmamasından gileylənib. O bildirib ki, məsələn, Rusiyada büdcə müzakirələri zamanı deputatların 540 təklifi nəzərə alınıb və bunun nəticəsində 3 trilyon rublluq büdcənin bir trilyonu həmin təkliflər əsasında yenidən bölüşdürülüb: “Bizdə isə belə hallara çox az rast gəlirik”. AzerTaym.az






Fikirlər