Novruz Məmmədovdan Qarabağ açıqlaması: “Deyirlər ki, gedin...” - FOTOLAR

“Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq hüquq prinsiplərinə istinad etmir. Bizə deyirlər ki, gedin özünüz razılaşın”.

 

Publika.az xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Sülhün bərqərar edilməsi və terrorun ardan qaldırılması” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

 

N.Məmmədov deyib ki, bir sıra “beynəlxalq güclər” Azərbaycanın ərazi bütövlüyünü pozan işğalçı Ermənistana təzyiq etmək istəmir: “SSRİ dağılana qədər dünyada 10-a yaxın münaqişə mövcud idi. Ancaq bu gün bu münaqişələrin sayı 50-ni ötüb. Bəs bunun səbəbləri nədir? Bilirsiniz, dünyada ədalətin qorunması üçün beynəlxalq hüquq sistemi mövcuddur. Ancaq bu sistemin fəaliyyəti bu gün doğru çalışmır. Əgər 20-ci əsrin 90-cı illərində Ermənistanın işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baş versəydi və beynəlxalq ictimaiyyət işğalçı Ermənistana qarşı ciddi addımlar atsaydı, bu gün dünyada bu qədər münaqişələr yaranmazdı. Dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn qorunması və tətbiq edilməsi ilə bağlı məsuliyyət daşıyır”.

 

 * Fotoları təqdim edirik

 






Fikirlər