Kərəm Həsənovun BAŞI DƏRDDƏ - yoxlamalar başladı

Kərəm Həsənovun başı dərddə - yoxlamalar başladı

Dövlət əmlakının özəlləşdirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən alınması Kərəm Həsənovu ciddi narahat etməyə başlayıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyesteri Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətləri Komitədən alınacaq.
Bununla da, Kərəm Həsənov nəqliyyat naziri Ziya Məmmədov kimi səlahiyyətsiz məmur elan olunacaq. Məlumatda deyilir ki, hazırda yuxarıda adıçəkilən qurumların faəliyyəti qismən dayandırılıb, yoxlama işləri aparılır.
Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyesteri Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəhbərlərinə diqqətli olmaları tapşırılıb.
Mənbə bildirir ki, son günlər K.Həsənov olduqca narahat görünür. Ciddi problemlərin olduğunu yaxın ətrafından gizlətməyən Komitə sədri postunu qorumaq üçün cəhdlər edir.

AzerTaym.az






Fikirlər