"Davamlı xəstələnirəm, özümü PİS HİSS edirəm..."
"Qısa zaman ərzində övladlarımı evləndirmək və Həccə getmək istəyirəm" Bir neçə gün öncə keçmiş millət vəkili Gülər Əhmədovanın sükutu pozaraq yenidən akstiv siyasi həyata qayıtmağa hazırlaşdığı barədə xəbər yayıldı. Hətta onun tezliklə Müsair Müsavat Partiyasında görəv alacağı, onunla Hafiz Hacıyev arasında bu istiqamətdə müzakirələrin də getdiyi iddia olundu. Gözləntilərin əksinə olaraq iddialar bu dəfə təsdiqini tapdı və hər iki tərəf doğrudan da belə müzakirənin aparıldığnı, ancaq hər hansı nəticəyə gəlinmədiyini də etiraf etdilər...