Gülər Əhmədovadan KEÇMİŞ partiyadaşlarına tikanlı sözlər..

"Əvəzində, bəzi partiyadaşlarım məni tez - tələsik partiyadan uzaqlaşdırmaq üçün əllərindən gələni etdilər"

Keçmiş millət vəkili Gülər Əhmədovanın Müasir Müsavat Partiyasının sədri hafiz hacıyevlə adıçəkilən partiyaya gəlməsiylə bağlı danışıqlarının aparılması barədə xəbər ölkə gündəminə damğasını vurub. Bu azmış kimi hafiz hacıyevin belə bir müzakirənin baş tutmasını təsdiqləməsi olaya marağı daha da artırıb.

Moderator.az məsələni dəqiqləşdirmək üçün keçmiş millət vəkili ilə əlaqə saxlayaraq ona aşağıdakı suallarla müraciət edib:
"Sizinlə Hafiz Hacıyev bu barədə söhbət aparıbmı, təşəbbüs kimdən gəlib? Sizin Hafiz Hacıyevin partiyasına getməyiniz mümkünmü?"
G. Əhmədova belə bir görüşün baş tutduğunu təsdiqləyib:
"Bəli, mənə belə bir təklif gəlib. Söhbət etmişik. Heç bir qərar verməmişəm. Düşünürəm hələ. Mən siyasətə Əliyevçi olaraq gəlmişəm. Ən çətin dövrlərdə belə əqidəmi dəyişmədim. Lakin mənim ən çətin anımda bəzi partiyadaşlarım əllərindən gələn hər şeyi etdilər ki, məni əqidəmdən döndərsinlər. Zaman göstərdi ki, onlar səhv addım atdılar, ən çox dəstəyə ehtiyacım olduğu bir dövrdə məni meydanda tək buraxdılar. Bilmədikləri, bildikləri hər mövzuda danışdılar, hətta tənqidlə təhqiri də səhv salanlar oldu.
Allahın bir görkü idi ki, Eldar Mahmudov olayına qarışanların içərisində YAP - ın mərkəzi nəzarət təftiş komissayısının sədri belə çıxdı. Məni bir anın içində az qala  "xalq düşməni" elan edənlər YAP - ın bu qədər yüksək çinli funksionerinin belə bir çetenin içərisində olduğundan qətiyyən "əsəbləşmədilər", onun ünvanına  güldən ağır bir kəlmə işlətmədilər. Bu məni də bir çoxları kimi çox təəccübləndirdi. Açığı, bunu müxtəlif cür yozanlar oldu Gülər Əhmədova  8 yaşlı oğlunun ad günündə həbs olunur. Bütün ailə üzvləri işdən çıxarılır, kiçik oğlumdan başqa bütün ailə üzvləri şantaj olundu. Dövlət rəsmisinə qarşı şər atmadığım üçün başıma olmazın oyunlar gətirdilər. Böyük müsibətlər yaşadıq. Ölümümə belə razı idim. Amma nə heç kimə şər atmadım, nə də şantaja baş əymədim. Əqidəmi  ailəmin və özümün ən müsibətli günündə dəyişmədim. Əvəzində, bəzi partiyadaşlarım məni tez - tələsik partiyadan uzaqlaşdırmaq üçün əllərindən gələni etdilər. Mənim partiya biletimi ala bildilər. Gücləri buna çatdı. Əqidəmi inşaAllah həyatımla birgə Allahıma təslim edəcəyəm.
O ki, qaldı cənab Hafiz Haciyevə, o mənim təcrübəmi və şəxsi xüsusiyyətlərimi, iş qabiliyyətimi yüksək qiymətləndirərək haqqımda gözəl sözlər işlədib. Məni Heydər Əliyev siyasətinin parlaq siması adlandırıb. Bu sözlərə görə ona təşəkkürümü bildirirəm".
AzerTaym.az

 






Fikirlər