Eks NİDA-çı Hafiz Hacıyevlə məxfi söhbətini açıqlayıb – MÜSAHİBƏ

Eks NİDA-çı Hafiz Hacıyevlə məxfi söhbətini açıqlayıb – MÜSAHİBƏBir neçə ay öncə əfv olunaraq həbsdən buraxılan keçmiş NİDA-çı Elsevər Mürsəlli öz səhifəsində yerli mediaya açıqlama verərək bildirib ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə işbirliyində olacaq.

Əldə etdiyimiz məlumata görə, E.Mürsəlli H.Hacıyevin dəvəti ilə Bakıya gəlib və partiya sədri ilə görüşüb. H.Hacıyev də görüşdən əvvəl yerli mətbuata E.Mürsəllinin onunla görüşmək arzusunda olduğu ilə bağlı açıqlama verib
.

Avrasiya.net E.Mürsəlli ilə əlaqə saxlayıb ondan H.Hacıyevlə görüşündə müzakirə olunan məsələlər və gələcək işbirliyi ilə bağlı qısa müsahibə alıb.

- Elsevər bəy, Hafiz Hacıyevlə görüşünüzdə hansı təkliflər aldız və görüşün nəticəsi barədə qısa məlumat verərdiz.
- Onunla işbirliyində olmaq təklifi məndən gəldi. Zəngləşdik, görüşdük. O, mənə gənclərlə iş üzrə müavin postunu təklif etdi. Amma Bakıya köçməyimin vacibliyini dedi. Bir ay gözləməli, mənim partiyaya keçməyimlə bağlı “yuxarı”larla məsləhətləşməli olacağını dedi.
- Niyə gözləyəsiz ki?
- Nə bilim. Guya “yuxarı”larla məsləhətləşsin, sonar qərar qəbul etsin ki, mənlə işbirliyində olsun, ya yox. Kimdir onu 1 ay gözləyən.
- “Yuxarı” deyəndə, konkret kimləri nəzərdə tutub?
- YAP-dan Siyavuş Novruzov və bir də Prezident Administrasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovla.
- Sizin Hafiz Hacıyevlə işbirliyinə getmək bəyanatınız ictimaiyyətdə heç də birmənalı qarşılanmadı. Hətta buna görə sizi qınayanlar, tənqid edənlər də oldu.
- Düzdür, onunla görüşdən sonra məni qınayanlar çox oldu, ünvanıma tənqidlər yağdırıldı. Onunla görüşümdən sonar hər kəs mənə balıq Hafizin, akula Elsevəri deyirdi. Bilirsiz, mən onunla işbirliyimdə olmaq istəyimi elə-belə yazdım, necə deyərlər “mırta”. O da bunu ciddi qəbul etdi və məni Bakıya çağırdı.
- Bəs niyə getdiniz, əgər bu istəyiniz ciddi deyildisə?
- Getdim ki, görüm bu adam nə deyir, bəlkə real bir təklif verdi. Gördüm ki, onun təkliflərinin heç biri reallığı uyğun deyil. Verdiyi vədlərlə əməli düz gəlmirdi. Ona görə də onun ciddiliyinə inanmadım. Mən gəncəm və indidən özümü xalqın sevmədiyi Hafiz Hacıyevlə birləşərək gözdən salmaq istəmirəm.
- Hafiz Hacıyev sizə nə təklif etdi ki, o reallığa uyğun deyildi?
- Qarşıma YAP-dan imtina etmək şərtini qoydu. YAP-a necə xəyanət edə bilərəm ki? Cənab prezidentin rəhbəri olduğu partiyadan çıxıb Hafiz Hacıyevin partiyasında hansısa vəzifəni tuta bilərdinmi? Bir də mən cənab prezidentin əfv fərmanı ilə həbsdən azad edilmişəm. Prezidentin humanistliyini unudub hansısa partiyaya keçmək ona xəyanət etmək deməkdir. Mən YAP-da qalmaq şərtilə Hafiz Hacıyevlə dövlət və dövlətçiliyimizə xidmət etmək niyyətində idim. Mən YAP-ın sıravi üzvüyəm. Bu üzvlük hansısa partiyada yüksək vəzifədən üstündür, mənim üçün. Dedi ki, YAP-da istedadlı gənclər çoxdur, sən orada itib-batacaqsan, bizim yanımızda isə tanınacaqsan.
- Deməli, onunla görüşsəniz də, daha bir yerdə mübarizə aparmaq fikrindən vaz keçmisən.
- Nə olsun ki, görüşmüşəm. Onun qarşısında rəsmi olaraq heç bir öhdəlik götürməmişəm ki, yerinə yetirəm. Bu görüş sadəcə bir tanışlıq xarakteri daşıyırdı. Onu yaxından tanımaq istədim, tanıdım da.
- Hafiz bəy sizə daha hansı təklifi etdi?
- Mənə dedi ki, İlham Əliyevin oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün indidən bir təşkilat yaradaq. 10-15 ildən sonar onun ətrafında böyük bir kütlə olsun. Bir də dedi ki, İlham Əliyevin bir qardaşı var, o da Hafiz Hacıyevdir. Onu da dedi ki, yalandan ictimaiyyətə yayarıq ki, guya NİDA-çılarla, AXCP-çilər Müasir Müsavata axışır. Onun dediklərini isə mən heç vaxt qəbul edə bilmərəm. Danışdıqlarının heç biri reallığı uyğun gəlmir. Mən gəncəm, 20 yaşım var, amma bu o demək deyil ki, ağılsız təklifləri qəbul etməliyəm.
- Sənə müavinlik postunda nə qədər maaş verəcəkdi?
- Məbləğini demədi. Ded ki, gələcək Xaçmaz rayon icra hakimiyyətinə və Bakıda da mənim üçün hər cür şərait yaradacaq. Bizi icra hakimiyyətinə tapşıracaqdı.






Fikirlər