Cahangir Hacıyevin üstünə bir gündə 3 DƏFƏ həkim çağırıldı
Cahangir Hacıyevin səhhətində yenidən problemlər yaranıb Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Lent.az-a sabiq bankirin vəkili Aqil Lahicov məlumat verib. Vəkil bildirib ki, dünən Cahangir Hacıyevə görə, 3 dəfə müəssisəyə həkimlər dəvət olunub:
“ Cahangir müəllimdə çox nadir xəstəlik olan Haşimato sindromu var. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər. Tez-tez həkim müayinəsindən keçir"