"PETKİM" şirkətinin keçmiş rəhbəri həbs edildi

"Petkim" şirkətinin keçmiş rəhbəri həbs edildi

Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki,"Petkim” neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Korkutun FETÖ ilə əlaqələrinin olması təsdiq olunub və onun həbsinə qərar verilib.

Bundan öncə, "Petkim" şirkətində 25 nəfərin, o cümlədən Sadəddin Korkut da daxil olmaqla 13 rəhbər şəxsin nəzarət altına alınması barədə xəbər verilmişdi.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsində aparılan istintaq tədbirləri nəticəsində Sadəddin Korkutun silahlı terror təşkilatının üzvü olması sübut olunub və haqqında həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, SOCAR şirkəti “Petkim" neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinin sahibidir (56,3%). Şirkətin yeni baş direktoru Anar Məmmədovdur.






Fikirlər