Qafqaz Universitetinin yeni REKTORU ilə bağlı - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Texniki Universitetinin rektorunu vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir: “Havar Əmir oğlu Məmmədov Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilsin”. Xatırladaq ki, Havar Məmmədov bu ayın əvvəlində Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə rektor təyin olunub.