NURLANA ƏLIYEVA: Partiyamızın qadın üzvləri təşviqat prosesində fəal iştirak edirlər

«Partiyamızın qadın üzvləri sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar təbliğat prosesində fəal iştirak edirlər».

Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, «Yeni Azərbaycan» təşviqat qrupu ölkənin bütün ərazisində aktiv kampaniya aparır. Onun sözlərinə görə, təşviqat qrupunun tərkibində qadınlar da fəal təmsil olunur.

«YAP Qadınlar Şurası bütün seçkilər zamanı müxtəlif layihələrlə çıxış edir. Bu baxımdan, təşkilatımız sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar da müxtəlif tədbirlər keçirir. Artıq qadın seçicilərlə xeyli görüşlər keçirilib. Biz bütün bölgələrdə qadınların referendumda iştirak etməsi üçün təbliğat işləri aparır, Konstitusiya dəyişikliklərinin mahiyyətini onlara izah edirik. Bu dəyişikliklər milli maraqlarımza, o cümlədən hər bir vətəndaşın mənafeyinə uyğundur. İnanırıq ki, sentyabrın 26-da qadın seçicilərimiz də referendumda aktiv iştirak edəcək»- deyə, N.Əliyeva vurğulayıb. 






Fikirlər