BÖYÜK FIRILDAĞIN BÜTÜN PƏRDƏARXASI- “Zamirə Hacıyeva oğurlananda deyib ki…” (Araşdırma)
“Marketlər şəbəkəsinin Araz Ağalarova bağlı olduğunu iddia edirdilər, ancaq…” Bir neçə ay bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda Rusiyanın “Rosatom” Konserninin Türkiyədəki “Akkuyu” layihəsinə rəhbərlik edən – “Akkuyu Nuklear” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışan Fuad Axundovun adı ilə bağlı böyük bir qalmaqal haqda ətraflı məlumat vermişdik. Belə ki, “AzPolitika.info”ya daxil olan məlumatlarda Fuad Axundovun Azərbaycanda “Almalı” marketlər şəbəkəsi vasitəsilə növbəti iri miqyaslı maliyyə fırıldağını həyata keçirərək, xeyli sayda iş adamının 10 milyonlarla dollar vəsaitini mənimsədiyi bildirilir. Hətta zərərçəkmişlərin çoxsaylı müraciətləri əsasında kifayət qədər peşəkar maliyyəçi kimi tanınan Axundovun barəsində cinayət işinin açılacağı da istisna olunmur, bununla bağlı prokurorluq tərəfindən istintaqın başladıldığına dair iddialar var. Bu cinayət işi ilə bağlı hələlik hər hansı məlumatımız olmasa da, keçmiş bankirin “qurbanlarından” əldə etdiyi 10 milyonları ölkədən çıxardığı, İngiltərə və Türkiyədə ailəsi üçün dəbdəbəli şərait qurduğu məlumdur (Yazıya əlavə olunan fotolardan da bunu görmək olar-müəl.). “Almalı”da sahibkarların 90 milyon dollar vəsaiti mənimsənilib! Sadəcə xatırladaq ki, 2001-ci ildən Bakıdan köçən F.Axundov 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə “ADA” şirkətlər qrupunu yaradıb və “Almalı” marketlər şəbəkəsini qurub. İxtisasca maliyyəçı-menecer olduğundan qısa zamanda gözə çarpan, cəlbedici görüntü və reklamlardan istifadə etməklə, yüksək səviyyəli Brend ticarət şəbəkəsi yaratmağa nail olub. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilib. Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabətə girərək, “Almalı” ilə əməkdaşlıq etməyə can atırdılar. Hətta sahibkarlar “Almalı”nın satışına mal verməkdən ötrü “şapka” da verirdilər. Bu andan da mərhələli formada maliyyə fırıldağına start verilib. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaradılıb. “Almalı” bazarına girmək problemi sahibkarları bu borcları tələb etməkdən çəkindirib. 10 milyonlarla borc yığıldıqdan sonra isə “Almalı”nın müflisləşməsi elan edilib! İlkin hesablamalara görə, nisyə mal vermiş sahibkarların 50 milyon manatı, icarə borcları üzrə 250 min manat, vergi borcları üzrə 2 milyon manata qədər və banklardan alınmış kreditlər mənimsənilib. Əlbəttə ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq-aşkar satılan malların tam dəyərinin mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövriyyəsindən mərhələli formada kanarlaşdırılaraq mənimsənilib. Bundan əlavə, “Almalı” rəhbərliyi qeyri-rəsmi olaraq, sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər əlavə vəsait toplayıb. Bu vəsaitlər də tam şəkildə mənimsənilib! Sahibkarların iddiasına görə, Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümilikdə 70 milyon manatdan artıq vəsaiti mənimsəyib. 2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə bu, təxminən 90 000 000 (doğsan milyon) ABŞ dolları təşkil edib. Axundovu Azərbaycanda yeni maxinasiyanı həyata keçirməyə cəsarətləndirən nə və ya kim olub? Əlbəttə, hələ 2001-ci ildə Beynəlxalq Bankdakı maxinasiyalarına görə mərhum prezident Heydər Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılan Fuad Axundovun yenidən Azərbaycana qayıdaraq, yerli sahibkarların 10 milyonlarla dollar vəsaitini ələ keçirməsinə heyrətlənməmək mümkün deyil. Bu fakt ya Axundovun, türklər demiş, “fazla cürətkar” olduğunu, ya da hansısa qüvvələr tərəfindən himayə edildiyini göstərir. “AzPolitika.info”ya təqdim olunan yeni faktlar F.Axundovun yerli iş adamlarının 10 milyonlarla dollar vəsaitini mənimsəyərək, ölkədən çıxarmasının məhz 2-ci amillə bağlı olduğunu söyləməyə əsas verir. Daha dəqiq desək, F.Axundovun da MTN-nin sabiq rəhbərliyilə münasibətlər qura bildiyinə dair məlumatlar var. Hələ 15 il əvvəl Bakıdakı “birinci əməliyyatından” – Beynəlxalq Bankda apardığı müxtəlif gizli əməliyyatlar nəticəsində milyonlarla dollar mənimsədikdən sonra Londona köçən, orada özünə böyük biznes quran Fuad Axundovu yenidən Azərbaycana qayıdaraq belə bir maxinasiyanı həyata keçirməyə cəsarətləndirən də, onun MTN-dəki dostları sayəsində cəzasız qalacağına əminliyinin yaranması olduğu istisna deyil. Hər halda ABŞ-da təhsil almış, kifayət qədər savadlı və hiyləgər biri kimi xarakterizə edilən Fuad Axundov, yaxalanmadan necə ölkədən çıxacağını əvvəlcədən hesablamadan hansısa irimiqyaslı fırıldağı reallaşdırmazdı. Zərərçəkmişlər Fuad Axundovu və bu fırıldaqda ona kömək edənləri ifşa edəcək Bu haqda ətraflı məlumatlara toxunmazdan öncə qeyd edək ki, keçmiş bankirin ustalıqla hazırladığı maliyyə fırıldağının “qurbanına” çevrilən sahibkarlar onun bütün maxinasiyalarını ifşa etmək niyyətindədirlər. Bununla bağlı saytımızda müraciət edən, hazırda Moskvada yaşayan Elmar Həsənov adlı zərərçəkmiş F.Axundovun “Almalı”da maxinasiyaları necə həyata keçirdiyini, bu işdə ona kömək edənlərin kimliyini, onların cinayət məsuliyyətindən necə yayınmasını, onun Azərbaycanda başqa hansı biznes layihələrində iştirak etməsini və sair məsələləri açıqlayıb. Müraciətinə saytımıza bu istiqamətdə apardığı araşdırmalara görə təşəkkürlə başlayan Elmar Həsənov, F.Axundovun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiklərini bildirib: “Bir müddət öncə “Almalı” marketlərin əsl simasını və hansı niyyətlə açılıb-bağlanması ilə bağlı faktları dərc etmişdiniz. Bu məsələdə obyektiv mövqe tutaraq məqaləni dərc etdiyiniz üçün və eyni zamanda qarşı tərəf üçündə “mövqelərini” ifadə etmək üçün şərait yaratdığınıza görə dərin təşəkkürümü bildirirəm. Mütəşəkkil formada irimiqyaslı dələduzluq faktının açılması və hüquqi qiymət verilməsi istiqamətində fəaliyyət tərəfimdən davam etdirilir!” “Bir il sonra “Almalı”ya verilən malların pulunu almaq problemə çevrildi” Sonra özü ilə bağlı qısa məlumat verən Elmar Həsənov, F.Axundovla yollarının necə kəsişdiyini açıqlayıb: “Mən, Həsənov Elmar Səməd oğlu Bakı şəhərində anadan olmuşam. Moskva Dövlət Universitetini (“МГУ” kimi tanınır-red.) bitirdikdən sonra bir müddət Çində işlədikdən sonra hal-hazırda Rusiya vətəndaşı olmaqla, iri Çin şirkətlərindən birinin MDB dövlətləri və bir sıra Şərqi Avropa ölkələri nümayəndəliklərinin Baş direktoru vəzifəsində çalışıram. “Almalı” marketlərinin bizim ailənin başına gətirdiyi müsibətlər haqda faktları məlumat üçün Sizinlə bölüşürəm!!! Atam Həsənov Səməd-Ağa Sovetlər dövründə uzun müddət Çörək zavodunun ekspeditoru işləyib. İşlədiyi dövrdə ticarət aləmində haqq-hesabda düzlüyünə görə xüsusi hörmət qazanıb. Sovetlər birliyi dağıldıqdanda sonra, iri özəl ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərinin ekspeditoru kimi fəaliyyət göstərib. Atam fəhləliklə 3 övladına ali təhsil verməyi özünə borc bilirdi! Bir çox orta və kiçik sahibkarlıqla məşğul olan obyektləri ərzaq və qeyri-ərzaq məhsulları ilə nisyə təmin edən ekspeditorlardan biri olub. Və nahayət, 2006-cı ildə respublikamızda ilk dəfə iri miqyaslı və misli görünməyən ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başlamışdır. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövriyyəsi qısa zamanda 100 000 manatı ötmüşdür. Əmtəə sırasında çörək çeşidləri, dondurulmuş toyuq, ət, təmizləyici və sanitariya vasitələri və s. xırdavatlarla zəngin idi”. Elmar Həsənovun sözlərinə görə, qısa müddətdən sonra “Almalı” marketlər şəbəkəsindən verilən malların pulunu almaq problemə çevrilir: “Heç bir il keçməmiş satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Hər ay kəsirlər böyüyürdü. Atama bildirirdilər ki, “dövriyyən onsuz da bilinmir, narahat olma, sən bizim topdan təminatçımızsan. Bizimlə əməkdaşlıq etmək istəyənlər növbəyə düzülüb. Bilirsən haralardan zənglər olur? Ancaq biz səninlə işləyirik”. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirərək hər dəfə borcu böyüdürdülər. Atama söz verirdilər ki, sən yaxşı ticarətçisən, narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik. Bu minvanla atam yaranan kəsirin bağlanmasını gözləyirdi. Halbuki, atam tərəfindən verilmış mallar çoxdan satılmışdı. Ancaq yaşamaq üçün yegənə bacardığı iş olduğundan onlarla əməkdaşlığı davam etdirirdi”. “Atama verilməli olan 134 000 dollar mənimsənildi” Elmar Həsənovun yazdığına görə, atası “Almalı” rəhbərliyinin yaranan kəsiri bağlayacağı günü gözləsə də, onun mal aldığı şirkətlər pullarını tələb edirlər: “Atamın işlədiyi şirkətlər bir gün başladılar pullarını tələb etməyə. Atam “Almalı” mağazalarının müdirlərinin, sonra isə ümumi rəislərin yanına getməyə başladı. Hər dəfə “narahat olma ağsaqqal.. yaxın günlərdə pul olacaq”, ”xaricdən kredit gəlir” və s. boş-boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdı ki, verdiyi malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyədə razı idi. Atamı, təxminən 1,5 (il yarım) vədlərlə aparıb-gətirdilər. Son üzləşmə aktına əsasən, təkcə atama verilməli 105 000 manat (134 000 dollar) mənimsənilmişdir”. “Marketlər şəbəkəsinin Araz Ağalarova bağlı olduğunu iddia edirdilər, ancaq…” Elmar Həsənov qeyd edir ki, borclarını qaytarmaq üçün yaşadıqları evi girov qoyub kredit götürməli olurlar: “Bu müddət ərzində atama etibar edən sahibkarlar borclarını tələb etməyə başladılar. Müxtəlif formada hədə-qorxu gəlməklə məcbur etdilər ki, yaşadığımız mənzili girov qoyub, kredit alaq. Evimizi girov qoyub bankdan kredit götürüb, borcların əsas hissəsini bağladıq. Lakin “Almalı”dan pulumuzu ala bilmirdik”. “Almalı”dan isə zərərçəkmişləri şikayət etməkdən çəkindirməık üçün marketlər şəbəkəsinin Araz Ağalarova bağlı olduğu şayiəsi yaydırılır: “Almalı”nın müxtəlif işçıləri ilə görüşürdük. Bizə demişdirlər ki, “Almalı”nın sahibi Araz Ağalarovdu. Mən Rusiyada MGU-nun tələbəsi olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, cənab Ağalarovun Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb!”. ““Almalı” ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi” Elmar Həsənovun əldə etdiyi bu xəbərdən sonra da atası dəfələrlə “Almalı”nın Bakıdakı rəhbərliyinin qəbulunda olaraq, pulunu istəyib: “Atam “Almalı” rəsmilərinin qəbuluna dəfələrlə getdi. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev hər dəfə təkidlə bildirirdilər ki, heç kim heç kimin pulunu “yeyə” bilməz! Bir az səbr etmək lazımdır! Lakin bizim pulu “yedilər”. Bu müddətdə biz artıq bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi “7-ci Mikrorayon”da satıb Yeni Günəşlidə 1 otaqlı evə köçdük. Bununla yanaşı atamın bütün işləri əlindən çıxdı. Heç bir sahibkar atamla işləmək istəmirdi. “Almalı” ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi”. Keçmiş Baş direktor: “Mənlik deyil, dağıdanlar dağıtdı…” Elmar Həsənov bundan sonra “Almalı”nın əsl sahibinin kim olduğunu tapmaq istiqamətində araşdırma aparmağa başlayır: “Mən təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirərək, Çin şirkətlərinin birində direktor işləməyə başladım. Ancaq paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanırdım. Axı onlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarına vəd vermişdilər! Heç demə bu vəd də mütəşəkkil formada dələduzluğun bir hissəsi imiş! Araşdırmalara başladım! Beləliklə, əlaqələrimdən istifadə edərək marketlər şəbəkəsinin keçmiş Baş direktoru Mobil Şərifovu (Beynəlxalq Bankın Gəncə filialının sabiq sədri) tapdım. O bildirdi ki, “Almalı” şirkəti tamamilə müflisləşib. “Mallarını nağd satıb, pullarını yığan makler necə müflisləşə bilər?” sualına cavab olaraq dedi ki, “mənlik deyil, dağıdanlar dağıtdı…” Elmar Həsənov sonra baş verənlərlə bağlı Fuad Axundovun ən yaxın adamı kimi tanınan, onun dövründə Beynəlxalq Bankın Sumqayıt filialının sədri işləmiş, “Almalı” marketlərinə rəhbərliyi və vəsait yığımına nəzarətı həyata keçirən Rafael Hacıyevlə də görüşmyə çalışır: “Ancaq Rafaeli tapa bilmədim. Dedilər köçüb Bakıdan”. “O, “Almalı”nın əsl sahibinin adını açiqladı – Fuad Axundov” Bundan sonra E. Həsənov “Almalı”nın digər məsul işçisi Elşad Şirinbəyovla (Beynəlxalq Bankın Yasamal filialının sabiq sədri) görüşür. Məhz ondan da “Almalı”nın əsl sahibi ilə bağlı məlumatları əldə edir: “Nəhayət ki, “Almalı”nın əsl yiyəsi haqda məlumat aldım. Dedi bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı. Bütün bu problemləri yaradan o olub! Dərhal əlaqə saxladım Mobil Şərifovla. Mobil müəllim də bu işin başında Fuad Axundovun olduğını təsdiqlədi. Daha sonra müəyyən etdim ki, Fuad Axundov bacısı Nigar Axundovanın əri Asim Salamovu “Almalı” marketlərinin Təchizat və İşlər Departamentinin rəhbəri qoyub. Həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynovu isə Nəqliyyat və Təminat Departamentinin rəhbəri təyin edib. Yəni, onlar “Almalı” AİLƏ sindikatının üzvləri kimi F.Axundova öz əməlini həyata keçirməkdə kömək ediblər. Bundan başqa onlarla tanışları və dostları da burada fəaliyyət göstərib. Elmar Həsənovun fikrincə, Fuad Axundovun “Almalı” layihəsinə öz yaxın adamlarını yığmaqda məqsədi də iri maxinasiyaları maneəsiz həyata keçirmək olub. Ancaq bu işi həyata keçirməkdə ona bəzi vəzifəli şəxslərin də kömək etdiyi şübhə doğurmur. - “Almalı” “Əmrahbank”dan 700 000 manatı hansı məqsədlə götürüb və neyləyib? AzPolitika.info
Bu haqda saytımızda zərərçəkmişlərin müraciəti əsasında yazı hazırlandığından (bax: “FUAD AXUNDOVUN AZƏRBAYCANA 100 MİLYONLUQ 2-Cİ “ATIŞI”… – Sensasiyalı faktlar” başlıqlı yazıya-red.) təkrarlamaq niyyətində deyilik.
Həmçinin, maksimal borclanmaya getdikdən sonra “Almalı” ticarət şəbəkəsində işləyənlərin də son 6 ayda maaşları verilməyib. Beləliklə, sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra “Almalı” şəbəkəsinin müflisləşməsi elan edilib!
Yəni, Fuad Axundov özünü və biznesini süni müflis elan etməklə, külli miqdarda – təxminən, 90 milyon dolları ölkədən çıxarıb! Bu pullar hesabına Fuad Axundovun ailəsi hazırda İngiltərədə dəbdəbəli həyat sürür.
Bir il ərzində satılmış mallardan 100 000 manata qədər kəsir əmələ gəlmişdir. Bu isə o dövrün məzənnəsi ilə 125 000$ dollar təşkil edirdi. Atam iri topdan satış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardığından, bir müddət kəsirlə işləmək mümkün oldu.
Belə ki, Fuad Axundov “Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankından onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirib. Bunlar Elşad Şirinbəyov, Rafael Hacıyev, Mobil Şərifov, Bahruz Hüseynov və digər qohumlar, tanışlar olub”.
– Mərhum prezident Heydər Əliyev Fuad Axundovu Beynəlxalq Bankın sədrliyindən hansı maxinasiyaları aşkarlandığı üçün qovmuşdu?
– Fuad Axundov hələ Beynəlxalq Bankın İdarə Heyətinin sədri olarkən hansı bank vasitəsi ilə ölkədən nə qədər pul çıxarıb?
– “Nikoyl Bank”la Fuad Axundovu nə birləşdirir? Onun qohumlarının və yaxınlarının “Nikoyl Bank”da peyda olması nə ilə bağlı olub? Bu bank vasitəsilə yəhudi milliyətindən olan iş adamlarının başına hansı oyunlar açılıb?
– Fuad Axundov 2005-ci il tarixdə Heydər Əliyev Hava limanında DİN əməkdaşları tərəfindən niyə saxlanılıb?
– Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın oğurlanmasına Fuad Axundovun həyat yoldaşı necə reaksiya verib?
– Fuad Axundov ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyevlə yenidən niyə yaxınlıq yaradır?
– Onun MTN-nin sabiq rəbərliyi ilə hansı əlaqələri olub