23.07.2014- "Aşağı Avşar"da sosial gərginlik pik həddə!

23.07.2014- "Aşağı Avşar"da sosial gərginlik pik həddə!Ağcabədi rayon Aşağı Avşar kənd sakinləri ölkəmizin regionun lider dövləti olması haqqında iqtidar təmsilçilərinin açıqlamalarına inanmaqda çətinlik çəkirlər.

Məsələ ondan ibarətdir ki, Aşağı Avşar kəndində Ərazi İcra Nümayəndəliyinin inzibati binası hələ də tikilməyib. Ərazi icra nümayəndəliyinin rəhbəri kirayə etdiyi kiçik bir tikilidə oturur. Bu yer əvvəl qəssəb mağazası və dəlləkxana kimi istifadə olunub.
Aşağı Avşar kənd ərazi icra nümayəndəliyinin sabiq rəhbəri Firuz Əliqulu oğlu Rəfiyev öz vəsaitini hesabına ƏİN-nin inzibati binasını tidirməyə cəhd edib. Hətta inzibati binanın hörgü işlərini də gördürüb. Bundan sonra binanın inşaat işlərini başa çatdırmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyindən kömək istəyib. Kömək əvəzinə Firuz Rəfiyev vəzifəsindən azad edilib, onun yerinə isə Xocavənd rayonundan olan məcburi köçkün Rasim Hüseynovu Aşağı Avşar kənd ərazi icra nümayəndəliyinə rəhbər təyin olunub.
Firuz Rəfiyrv Aşağı Avşar kəndindən olduğu üçün kəndin problemlərinin həllinə can yandırırdı. Rasim Hüseynov isə Aşağı Avşar kəndinin problemlərinin həllinə heç bir maraq göstərmir.
Bunun nəticəsidir ki, Firuz Rəfiyevin öz hesabına inşaa etdirməyə çalışdığı ƏİN-nin inzibati binasında 2009-cu ildən bu günə kimi heç bir iş görülməyib. Halbuki, hər il bir neçə milyon manat büdcə vəsaiti Ağcabədi rayonunda tikinti, təmir və abadlıq işləri adı altında istismar olunur.

23.07.2014- "Aşağı Avşar"da sosial gərginlik pik həddə!Məsələn, hər il Ağcabədi şəhərinin mərkəzi hissəsində dəyəri bir neçə yüz min manat olan abadlıq və təmir işlərinin aparılması haqqında məlumatlar yayılır.
Maraqlı məqam həm də ondan ibarətdir ki, bir qayda olaraq Ağcabədi şəhərində aparılan bu abadlıq və təmir işləri ilə bağlı tenderin qalibi “Fərid” MMC-i olur. Hər il eyni əraziyə miyon manata yaxın büdcə vəsaitini sərf edən rəhbərlik Aşağı Avşar kəndinin ƏİN-nin inzibati binasının tikintisinin başa çatdırılmasına pul “tapmır”.


Aşağı Avşar kəndinin problemləri yalnız bununla bitmir. Kəndin su problemi kəndliləri bu yerlərdən köçmək həddinə gətirib. Aşağı Avşar kəndinin sakinləri Qarabağ kanalından Salmanbəyli kəndinə çəkilmiş su kəmərindən istifadə etməkdən məhrum ediliblər. Baxmayaraq ki, bu su kəməri onların ərazisindən keçir. Suvarma sularının məhdudluğu Aşağı Avşar kəndlərinin sakinlərinin təsərrüfatlarına zərər verdiyi kimi, kənd sakinləri içməli su sarıdan da qıtlıq keçirlər. Baxmayaraq ki, “Azərsu” ASC-yə çox böyük büdcə vəsaiti və xarici banklardan çox böyük miqdarda kreditlər cəlb edilir, Ağcabədi rayonunda, o cümlədən də Aşağı Avşar kəndində içməli su problemi çox kəskin problem kimi qalır.

Ağcabədi rayonunda bu problemləri dilə gətirənlər isə, təzyiqlərinə məruz qalırlar. Aşağı Avşar kənd sakini Nizami İnqilab oğlu Nərimanov da təzyiqlərlə üzləşib. Nizami Nərimanovun sözlərinə görə, onun əkin sahəsinin kənarından keçən, qurunt sularının axması üçün istifadə olunan şor kanalın qarşısında bənd vurulub. Bu isə kanalda suyun yığılmasına və onun əkin ərazsinə sızmasına səbəb olub ki, bunun da nəticəsində torpaq sürətlə şoranlaşır.

Nizami Nərimanov prezident İlham Əliyevə müraciət edərək Aşağı Avşar kəndinə qarşı rəhbərliyin ögey münsibətinə son qoyulması üçün lazım olan tədbirlər görülmsinə çağırıb.

Nizami Nərimanov ölkə mətbautına da eyni zamanda müracət edərək Ağcabədi rayonin problemlərini diqqətdə saxlamağı xahiş edir.



"AzerTaym.az"






Fikirlər