Azərbaycan 10 təyyarə ALIR
Azərbaycan Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib. Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək. A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq". Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.