Nazir məşhur baş həkimin vəzifəsin DƏYİŞDİ

Səhiyyə Naziri Oktay Şirəliyev bir vaxtlar Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışan Mürsəl Həmidovun vəzifəsini bir azda kiçildib.
Unikal.org xəbər verir ki, bir neçə il bundan əvvəl nazirin müvaffiq əmri ilə Mürsəl Həmidovun yerinə Rauf Nağıyev təyin edilib. Bundan sonra Mürsəl Həmidovu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi vəzifəsinə təyinat alıb.
Müəmmalı səbəblərdən nazir baş həkimi bir neçə aydan sonra bu vəzifədən də azad edib. Müvafiq əmrlə Mürsəl Həmidovun yerinə Mirələm Cəlalov təyin olunub. O.Şirəliyevin digər əmri ilə M.Həmidov hazırda paytaxt poliklinikalarının birində baş həkim vəzifəsində çalışır.
Məsələ ilə bağlı Unikal.org əməkdaşı Mürsəl Həmidovla əlaqə saxlayıb. O, baş həkim təyin olunmasını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib.

 






Fikirlər