Dövlət orqanlarında büdcə vəsaitləri necə xərclənir? - Hesablama Palatası nöqsanlar AŞKARLAYIB

Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrinin təhlilləri göstərir ki, ümumilikdə qurumlar tərəfindən müəyyən istiqamətlər üzrə 825 halda nöqsana yol verilib.

Bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib. Qurumdan saytımıza verilən məlumatda bildirlib ki, büdcə qanunvericiliyinin, mühasibat uçotunun təşkili və hesabatlılığının təmin edilməsi istiqamətində, həmçinin satınalmalar prosesini və əsaslı təmir-tikinti işlərini tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması daha çox rast gəlinən nöqsanlardır.

"Yol verilmiş nöqsanların məbləğ hissəsinə gəldikdə isə qeyd etməliyik ki, əsaslı təmir-tikinti işləri ilə bağlı nöqsanlar daha böyük çəkiyə malikdir. Belə ki, bu sahədə rast gəlinmiş nöqsan hallarının xüsusi çəkisi ümumi sayda 10,5 faizi təşkil edirsə, nöqsanların məbləğinin 25,8 faizi məhz tikinti ilə bağlı nöqsanların payına düşür”, - Hesablama Palatası bildirib(modern.az).

 

Təsnifat üzrə nöqsanların sayı və ümumi məbləğdə xüsusi çəkisi, %-lə aşağıdakı cədvəldə qeyd edilib:

 

Ümumi məbləğdə çəkisi (%-lə)

Nöqsan növü

İstiqamət üzrə say

21.0%

Büdcə qanunvericiliyinin pozulması

237

25,8%

Əsaslı qoyuluşlar üzrə nöqsanlar

87

0,1%

Dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar

17

12,7%

Dövlət borcu üzrə

10

7,7%

Dövlət satınalmaları ilə bağlı nöqsanlar

171

12,5%

Vergi qanunvericiliyinin pozulması

55

20,2%

Mühasibat uçotu və hesabatlılıq ilə bağlı nöqsanlar

207

0,1%

Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə nöqsanlar

41

 

Qeyd edək ki, Hesablama Palatasının 2016-cı il üzrə illik hesabatı Milli Məclisin aprelin 14-də keçiriləcək iclasında təqdim edəcək.AzerTaym.az






Fikirlər