“Makromat”dan çörək alan müştərilər aldadılır? – Şikayət + FOTOLAR

"Makromart” marketlər şəbəkəsinin  Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialından çorək alan müştəri istehlakçı hüquqlarının pozulduğunu bildirib.

AzerTaym.az xəbər verir ki, bu barədə "Azinforum.az" saytı belə bir xəbər və fotolar verib:

"Deyilən marketin daxilində çörək və şirniyyat bişirilən sex fəaliyyət göstərir. Onlar bişirdikləri məhsulların  satışını da məhz "Makromart”ın sözügedən  filialında həyata keçirirlər. Həmin sexdə bişən mayasız, qara "Borodin” çorəyi aldım.  

Dedilər ki, qiyməti bir manatdır. Çəkisi ilə maraqlandım, satıçı dedi ki, çörəyin üstünə yapışdırılan kağızda var. Baxdım ki, çəki  qrafası olan 1 rəqəmi yazılıb. Məntiqlə belə anladım ki, çörəyin çəkisi 1 kilodur. Ancaq çəkdirəndə məlum oldu ki, 370 qramdır.  

Bu hala etiraz edəndə mənə dedilər ki, bir rəqəmi ədədi əks etdirir. Mən başa düşə bilmirəm, niyə ədədi əks etdirən rəqəm çəki qrafasında yazılır? Bir də ki, ədədi onsuz da müştəri görürsə, niyə çörəyi satanlar çəkini ora qeyd etmək istəmir? Mən bu faktı istelakçıların aldadılması kimi qəbul edirəm və sizin sayt vasitəsilə əlaqədar qurumlardan xahiş edirəm ki, bu qanunsuzluğa və özbaşınalığa əncam çəksinlər”.

Səslənən ittihamla bağlı "Markromart”-ın da mövqeyini dinləməyə hazırıq.


 






Fikirlər