Bakıda bankın qarşısında özünü yandıran şəxsin – FOTOSU
Bu gün Bakıda bankın qarşısında özünü yandıran şəxsin fotoları yayılıb. Azneft meydanında “Bank Respublika”nın qarşısında üstünə benzin tökərək yandıran 64 yaşlı Ramiz Manafovun yanğından sonrakı görüntüləri feysbukda yayılıb. Qeyd edək ki, hazırda Respublika Yanıq Mərkəzində olan R.Manafovun vəziyyəti kritikdir.
*** “Bank Respublika”nın “Azneft” filialı qarşısında özünü yandıran şəxsin kimliyi məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın müştərisi olan həmin şəxs Ramiz Manaf oğlu Manafovdur. 17.10.1953-cü il təvəllüdlü Ramiz Bakının Yasamal rayonunda qeydiyyatdadır. Ramiz Manafovun banka nə qədər borcunun olması haqda hələ ki, dəqiq məlumat yoxdur. Xatırladaq ki, özünü yandıran şəxs bankın işçiləri və mühafizə xidmətinin əməkdaşının müdaxiləsi nəticəsində xilas edilib, xəstəxanaya aparılıb. Bakıda 50-55 yaşlı kişi özünü bankın qarşısında yandırıb. Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bankın müştərisi olan şəxs girovda olan evinin əlindən alınmasına etiraz edərək özünü yandırıb. Hadisə “Bank Respublika”nın Neftçilər prospektindəki filialının qarşısında baş verib.
***