Azərbaycanda ilk dəfə palçıq vulkanından QIZIL TAPILDI

Картинки по запросу QIZIL TAPILDI

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Fransa və Ukrayna alimləri Azərbaycanın palçıq vulkanlarını öyrənir, tədqiqatların nəticələri üzərində dissertasiya işləri müdafiə edirlər.

“Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” istiqaməti üzrə araşdırmalar GGİ-nin Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası və Çökmə Filizəmələgəlməsi Bölməsinin (DGÇFB) əməkdaşları tərəfindən həyata keçirilir. Məqsəd müxtəlif regionlarda intişar tapmış palçıq vulkanlarının spesifik-genetik xüsusiyyətlərini, geoloji-geokimyəvi fəaliyyətlərini müqayisəli təhlil etmək olub. Tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırılmasında iki yeni istiqamət müəyyənləşdirilib.

Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minerallaşmanın araşdırılması ilə əlaqədardır. İlkin tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis, və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

“Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanının geoloji və struktur quruluşunu öyrəniblər.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan araşdırmalar 2016-cı ilin mayında GGİ ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. 

Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı-Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofiziki tədqiqatlar aparılıb






Fikirlər