Salyan-Şirvan arasında “Suriya yolu” açılıb - FOTOLAR

Salyan-Şirvan arasında “Suriya yolu” açılıb - FOTOLAR

Salyan-Şirvan arasındakı Noxudlu yolu Suriyanın Hələb şəhərini xatırladır. Elə bil ki, bu yoldan İŞİD tankları, silahlı birləşmələrin hərbi texnikası keçib.

Missiya.az-ın əməkdaşının verdiyi məlumata görə, Noxudlu kənd yolunundan görüntülərə baxmaq vəziyyətin nə yerdə olduğunu təsəvvür etməyə kifayətdir.
Salyan-Şirvan arasında “Suriya yolu” açılıb - FOTOLAR
İki rayonu birləşdirən əsas yolun uzun müddətdir ki, bərbad gündə olması nəqliyyatın hərəkətini iflic edib.
Salyan-Şirvan arasında “Suriya yolu” açılıb - FOTOLAR
Avtomobillər bu yoldan keçməyinə peşman olurlar: şəhərə çatar-çatmaz maşın ustasının yanına gedirlər, avtomobilə xərc qoymalı olurlar, üstəlik də çala-çuxur, darmadağın yol sayəsində vaxt itkisinə yol verilir.
Salyan-Şirvan arasında “Suriya yolu” açılıb - FOTOLAR
Sakinlər dəfələrlə video müraciət də ediblər, sosial şəbəkələrdə və mediada problem qabardıblar, aidiyyatı qurumlar da çağırışlar edilib. Fəqət, Noxudlu yolu hamarlaşmır ki, hamarlaşmır.
Sakinlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Azəravtoyol” ASC-yə müraciət edərək probldmin təcili həll olunmasını xahiş edirlər.






Fikirlər