Təbabətdə inqilab sayılacaq yenilik

Təbabətdə inqilab sayılacaq yenilikMütəxəssislər adətən deyirlər ki, ağ ciyər xərçəngini ilkin mərhələdə aşkar etmək mümkün olsa, onu müalicə etmək effektivliyi də 90 % çox olur.
İngiltərəli alimlərin sayəsində vəziyyət xeyli dəyişib. İndi onkoloji xəstəliyi ağız və burun seliyindən də müəyyən etmək mümkündür.


Rusiya KİV-lərindən verilənən məlumata görə, ingiltərəli mütəxəssislər ağır xəstəliyin selikli qişalarda etdiyi dəyişiklikləri aşkar ediblər. Həmin dəyişikliklər xəstəliyin ilkin mərhələsində baş verir. Heç xəstənin ağlına gəlmədiyi bir zamanda.

Sən demə, onkoloji xəstəliyə yoluxan insanların ağız və burun selikləri ultrabənövşəyi şüaların altında sağlam insanlarla müqayisədə tamam başqa rəngə çalır.

Alimlər həm də müəyyən ediblər ki, onkoloji xəstəliyə yoluxmaq riski olan insanlarda da bu cür dəyişiklik olur. Bu isə o deməkdir ki, ağ ciyər xərçəngini əvvəlcədən müəyyən edərək qarşısını almaq mümkün olacaq.






Fikirlər