Bakı-Qazax yolunda yanacaqdaşıyan avtomobil YANIB

Bakı-Qazax yolunda yanacaqdaşıyan avtomobil yanıb

Bakı-Qazax magistral yolunda yanacaqdaşıyan avtomobildə yanğın olub.

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hərəkətdə olan ağır tonnajlı yanacaqdaşıyan avtomobildə yaranan yanğını söndürmək üçün əraziyə Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanacaq daşıyan yük avtomobilinin şini alışmağa başlayıb. Tez bir zamanda alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.






Fikirlər