NAZİR MÜAVİNİNDƏN MƏZƏLİ AÇIQLAMA - “Ödənişli xidmət GÖSTƏRİLMİR…”

 

elseverPublik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin sadəcə maliyyələşdirmə mexanizmi dəyişəcək:

Artıq bir neçə ildir ki, dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir. Bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. Lakin icbari tibbi sığortaya keçilən ərəfədə tibb müəssisələrinin hesablarının olmaması onların fəaliyyətində problemlər yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Belə olanda onların həm dövlət büdcəsindən, həm də gələcəkdə digər mənbələrdən maliyyələşməsi qanunazidd olmayacaq”.

Qeyd edək ki, nazir müavininin “Artıq bir neçə ildir ki, dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir” fikri cəmiyyətdə gülüşlə qarşılanıb. Minlərlə sosial şəbəkə istifadəçisi E.Ağayevin bu açıqlamasına dair satirik paylaşım edib və şərh yazıb. Bu da təbiidir. Məsələ ondadır ki, adı ödənişsiz olsa da, Azərbaycanda bircə dənə də olsun dövlət tibb müəssisəsində pulsuz tibbi xidmət yoxdur və olmayıb. Belə olduğu halda, nazir müavininin yuxarıdakı açıqlamasının zarafat, lağlağı predmetinə çevrilməsi təəccüblü deyil.






Fikirlər