"Topaz” mərc şirkəti sabaha olan mərc proqramını müştərilərə təqdim edib.
Yenicag.az xəbər verir ki, proqramda ermənilərin də oyunu yer alıb.
Söhbət ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən "Ararat”la "Tümen” arasında keçiriləcək yoldaşlıq matçından gedir.
Sabah saat 20:00-da başlayacaq görüşdə "Ararat”ın qələbəsi 3,65 əmsalla dəyərləndirilib. Heç-heçəyə 3,10, tümenlilərin qələbəsinə isə 1,65 əmsal verilib.
Qeyd edək ki, "Topaz” Gənclər və Turizim nazir Azad Rəhimov tərəfindən dəstəklənən mərc şirkətidir. Belə durumda şirkət rəhbərliyinin hansı məntiqlə oyun proqramına düşmənlərin komandasını daxil etməsi, bundan qazanc güdməsi böyük sual doğurur.
Maraq üçün onu da bildirək ki, "Ararat” Ermənistanın siyasi maraqlarına xidmət edən klubdur. Təsadüfi deyil ki, daha əvvəl bu komandanın "Ryazan”la görüşündə Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ”ı nümayiş etdirilib.
Buna görə hətta AFFA RFS-ə müraciət ünvanlayaraq faktla əlaqədar tədbir görülməsini istəmişdi.
AzerTaym.az
Fikirlər