İKİ UŞAQ anasını ZORLAYIB ÖLDÜRƏN idmançıya AĞIR CƏZA

İki uşaq anasını zorlayıb öldürən idmançıya AĞIR CƏZA

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fəttah Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində 1982-ci il təvəllüdlü Sevda Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib.

Görülən tədbirlər nəticəsində Fəttah Nuriyev tutulub.

Istintaq müəyyən edib ki, Fəttah sərxoş vəziyyətdə olarkən Sumqayıtda “Göyərçin” abidəsi tərəfə gedən Sevdanı görüb. O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib.

Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib. O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib.

Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Sevdanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. O, qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb.

Fəttah Nuriyev bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib. O, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.

Qətlə yetirilən Sevda Bayramova iki uşaq anası olub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 181.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.






Fikirlər