Bakıda SANATORİYA yanır - ZƏHƏRlənənlər var
Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində "Gilavar" sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. AzerTaym.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A.Maqsudovun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə, hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər". Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür. *** Bakının Pirşağı kəndində yerləşən "Gilavar" sanatoriyasında yanğın başlayıb. Sonxeber.az xəbər verir ki, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər. Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.