“YOUTUBE”un baş OFİSİNDƏ ATIŞMA olub, XƏSARƏT ALANLAR var
“YouTube”un baş ofisində atışma olub. “Report” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə “YouTube”un ABŞ-ın Kaliforniya ştatındakı mənzil qərargahında qeydə alınıb. Atışma zamanı 11 nəfər xəsarət alıb.