Azərbaycanlı XALQ ARTİSTİNİN SƏHHƏTİ PİSLƏŞDİ - TƏCİLİ xəstəxanaya aparıldı

Azərbaycanlı xalq artistinin səhhəti pisləşdi - Təcili xəstəxanaya aparıldı

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətində yenidən problemlər yaranıb.

Diktor dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb.

"AzerTaym.az" xəbər verir ki, xalq artisti səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib:

"Dünən xəstəxanada müayinə olundum. Qan analizləri götürüldü. Həkimlər böyrəyimə çirk yığıldığını, orqanizmimin çox zəif olduğunu bildirdilər. İndi evdə müalicə alıram. Həkimlər gəzməyi, hərəkət etməyi məsləhət görür. Amma zəif olduğum üçün çox gəzə bilmirəm. Yaş da öz sözünü deyir".

Qeyd edək ki, diktor sözügedən klinikada bir neçə dəfə ağır əməliyyat olunub.

  Image result for təcili yardımla evə apardılar






Fikirlər