GENERAL 2 KİLOMETRLİK BAYRAQ daşıdı - Fotolar
Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər. “Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, xidmətin rəisi general-polkovnik Elçin Quliyev Yevlax rayonundakı zəfər yürüşündə iştirak edib. Təntənəli düzülüşdən sonra 2 km uzunluqda olan Dövlət Bayrağı başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılıb və yürüş həyata keçirilib.