Elektrik və su sistemlərinə hücumlar olacaq - Kəşfiyyat dəqiq TARİXİ və ŞOK PLANI AÇIQLADI
“Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın futbol üzrə dünya çempionatından sonra yeni hücumunu gözləyirlər”. Publika.az xəbər verir ki, bu haqda “The Times” nəşri bildirib. Kəşfiyyatın əməkdaşları elektrik sistemi və ya su təminatı sistemi kimi strateji infrastruktur obyektlərinə kiberhücumun növbəti cəhdindən özlərini qoruyurlar. “Bu, ciddi məsələdir. Düşmən dövlətlərin, həmçinin Rusiyanın hücum ehtimalına görə sayıqlıq, sözsüz ki, mövcuddur”, - mənbə deyib. Nəşrə danışan yüksək vəzifəli hərbçi isə hücumun çempionat zamanı həyata keçiriləcəyini istisna etməyib: “Kreml dünyanın diqqətinin beynəlxalq idman hadisəsinə yönəldiyi vaxt hücum etməyə meyillidir. Rusiyanın davranışında qanunauyğunluq var. O Gürcüstan və Krıma beynəlxalq idman tədbirləri zamanı soxuldu”.